Laricani ABŞ ilə danışıqların bərpasını təklif edib? - YENİLƏNİB 

Laricani ABŞ ilə danışıqların bərpasını təklif edib? - YENİLƏNİB 
Dünya 02 Mart 2026 - 09:14

"Tehran Vaşinqtonla danışıqları bərpa etməyəcək".

Zekainfo.az xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Biz ABŞ ilə danışıqlar aparmayacağıq", - Əli Laricani qeyd edib.

***

08:25

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ABŞ-a İranın nüvə məsələsi ilə bağlı danışıqları bərpa etməyi təklif edib.

Zekainfo.aaz  xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.

Qeyd olunub ki, təklif rəsmi Tehrana qarşı Amerika-İsrail hərbi əməliyyatının başlamasından sonra danışıqlarda vasitəçi kimi çıxış edən Oman vasitəsilə çatdırılıb.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp İranın yeni rəhbərliyinin Vaşinqtonla danışıqlara başlamaq istədiyini bəyan edib./report.az

reklamlar

Digər xəbərlər