Ötən ay aşkarlanan minaların sayı açıqlandı

Ötən ay aşkarlanan minaların sayı açıqlandı
Gündəm 02 Mart 2026 - 12:08

Azad olunan ərazilərdə fevral ayında 71 tank əleyhinə mina, 410 piyada əleyhinə mina, 1621 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Zekainfo.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) məlumat yayıb.

Məlumata əsasən, 4264,8 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.

reklamlar

Digər xəbərlər