İrandakı əməliyyata 50 mindən çox hərbçi cəlb olunub

İrandakı əməliyyata 50 mindən çox hərbçi cəlb olunub
Dünya 04 Mart 2026 - 10:17

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı general Maykl Kurilla İrana qarşı həyata keçirilən “Epic Fury” əməliyyatının ara nəticələrini açıqlayıb.

Zekainfo.az xəbər verir ki, onun sözlərinə görə, əməliyyat çərçivəsində İran ərazisində yerləşən 2000-dən çox hədəfə zərbə endirilib. Hücumlarda 200-dən artıq qırıcı təyyarə, eləcə də ABŞ Hərbi Hava Qüvvələrinə məxsus B-2, B-1 və B-52 strateji bombardmançıları iştirak edib.

Kurillanın sözlərinə görə, İran buna cavab olaraq 500-dən çox ballistik raket və 2000-dən artıq pilotsuz uçuş aparatı ilə hücum edib. Bildirilib ki, ABŞ-nin iki aviadaşıyıcı zərbə qrupu İranı dəniz istiqamətindən mühasirəyə alıb. Əməliyyat zamanı uzun mənzilli PrSM raketləri və LUCAS kamikadze dronları ilk dəfə döyüş şəraitində istifadə olunub.

Hazırda konkret son tarix müəyyən edilmədən davam edən əməliyyata 50 mindən çox amerikalı hərbçi cəlb olunub.

reklamlar

Digər xəbərlər