Putin Pezeşkianla Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi

Putin Pezeşkianla Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi
Dünya 11 Mart 2026 - 10:36

Rusiya Prezidenti Vladimir Putin bu həftə iranlı həmkarı Məsud Pezeşkianla ikinci telefon danışığını keçirib.

Zekainfo.az xəbər verir ki, bu haqda Kremlin mətbuat xidməti məlumat yayıb.

Söhbət zamanı iki lider Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.

“Rusiya prezidenti münaqişənin tez bir zamanda deeskalasiyası lehinə öz prinsipial mövqeyini bir daha təsdiqlədi”, - Kremlin mətbuat xidmətindən bildirilib.

Öz növbəsində Məsud Pezeşkian Putinə dəstəyinə, o cümlədən İrana humanitar yardım göstərdiyinə görə təşəkkür edib.

reklamlar

Digər xəbərlər