"Azərkosmos” ASC təcavüzkar Ermənistan tərəfindən Füzuli rayonunda dağıdılmış Füzuli şəhərinin "Azersky” peyki vasitəsilə 2017-ci il iyulun 3-də əldə olunmuş təsvirini yayımlayıb.
Azvision.azASC-yə istinadla xəbər verir ki, bu gün
Füzulirayonunun ermənilər tərəfindən işğal olunmasından 26 il ötür. "
Füzulirayonunun ərazisində bir milyon il əvvələ aid qədim insanların yaşadığı mağaraların qalıqları yerləşir. Cənubi
Qafqazregionunda qazıntılar zamanı ən qədim metal tapıntılar məhz
Füzulirayonunda aşkar olunub”, - deyə "Azərkosmos”un məlumatında qeyd olunur.
Qeyd edək ki, cari ilin iyun-iyul aylarında Yer səthinin məsafədən müşahidəsi peyki "Azersky” təsvirləri vasitəsilə Azərbaycanın
Füzulirayonunun təxminən 15 min hektar sahəsində Ermənistan tərəfindən yanğınların törədildiyi qeydə alınıb.