Yer kürəsində güclü maqnit qasırğası müşahidə olunacaq

Yer kürəsində güclü maqnit qasırğası müşahidə olunacaq
Dünya 17 Aprel 2024 - 13:34

Yer kürəsində güclü maqnit qasırğası müşahidə olunacaq.

Son 24 saat ərzində doqquz günəş partlayışı qeydə alınıb. Qasırğanın gücü 3 baldan 4 bala qədər olacağı bildirilir. Axşama doğru onun gücünün 2 bala qədər azalacağı gözlənilir.

Meteohəssas insanlar halsızlıq, başgicəllənmə, başağrısı və ürəkbulanma hiss edə bilərlər. Bu zaman insanlara daha çox dincəlmək, spirtli içkilərdən imtina etmək və təmiz havada gəzmək məsləhət görülür.

reklamlar

Digər xəbərlər