Rəisi Pakistana getdi

Rəisi Pakistana getdi
Dünya 22 Aprel 2024 - 10:46

İran prezidenti Ayətullah Seyid İbrahim Rəisi Pakistanın paytaxtı İslamabada gedib. 

Zekainfo.az xəbər verir ki, bu barədə Tasnim xəbər agentliyi məlumat yayıb. 

Məlumata görə, İran liderini hava limanında Pakistan rəsmiləri qarşılayıb.

Səfər çərçivəsində Rəisi pakistanlı həmkarı ilə görüşəcək, həmçinin yüksək səviyyəli nümayəndə heyətlərinin birgə iclasının keçirilməsi və iki ölkə rəsmiləri arasında əməkdaşlıq sənədlərinin imzalanması, bu ölkənin bir sıra digər şəhərlərinə səfərlər və pakistanlı alimlər, elita, iş adamları və iqtisadi fəallarla görüşlər də nəzərdə tutulur. 

reklamlar

Digər xəbərlər