Bakıda orta aylıq əməkhaqqı artıb

Bakıda orta aylıq əməkhaqqı artıb
İqtisadiyyat 11 İyun 2024 - 15:13

Bu ilin yanvar-mart aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1243,7 manat təşkil edib.

Zekainfo.az Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, paytaxtda orta aylıq əməmkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 8% artıb.

Xatırladaq ki, cari ilin yanvar-mart aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 9,3% artaraq 985,3 manat təşkil edib.

reklamlar

Digər xəbərlər