"Son zəng"in keçiriləcəyi tarix açıqlandı

"Son zəng"in keçiriləcəyi tarix açıqlandı
Xəbər 05 İyun 2024 - 17:51

Azərbaycan Respublikasının elm və təhsil nazirinin müvafiq əmrinə əsasən 2023-2024-cü tədris ili ölkənin bütün tipdən olan ümumi təhsil müəssislərində 15 sentyabr 2023-cü il tarixində başlayır, 14 iyun 2024-cü il tarixində başa çatır.

Zekainfo.az xəbər verir ki, əktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bununla əlaqədar olaraq 14 iyun son dərs günüdür.

Qeyd edək ki, məktəblərdə şagirdlərdən dərsliklərin tədris ilinin sonuncu həftəsindən başlayaraq təhvil alınması nəzərdə tutulur.

reklamlar

Digər xəbərlər