Əhməd İsmayılov: II Şuşa Qlobal Media Forumunun əsas mövzusu dezinformasiyaya qarşı mübarizə olub

Əhməd İsmayılov: II Şuşa Qlobal Media Forumunun əsas mövzusu dezinformasiyaya qarşı mübarizə olub
Gündəm 22 İyul 2024 - 15:35

II Şuşa Qlobal Media Forumunun əsas mövzusu dezinformasiyaya qarşı mübarizə idi.

Zekainfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib.

    O bildirib ki, forumu keçirməkdə məqsəd həm yerli, həm də beynəlxalq media ictimaiyyətinin diqqətini bu sahədə görülə biləcək tədbirlərə cəlb etmək olub:

    “Forumun I günündə Prezident İlham Əliyevin forum iştirakçıları ilə görüşü Azərbaycanda media sahəsinə göstərilən diqqətin təzahürüdür. Forum çərçivəsində keçirilən panel sessiyada dezinformasiyaya qarşı mübarizə, eləcə də saxta xəbərlərin yayılması ilə bağlı məsələlər həm yerli, həm də beynəlxalq ekspertlərin diqqət mərkəzində oldu. Onların ümumi fikirləri bundan ibarət idi ki, dezinformasiya ilə mübarizə üçün beynəlxalq platforma yaradılmalıdır".

    reklamlar

    Digər xəbərlər