Vyanada Taylor Swift konsertinə qarşı planlaşdırılmış hücum: heç bir şübhəli axtarılmayıb

Vyanada Taylor Swift konsertinə qarşı planlaşdırılmış hücum: heç bir şübhəli axtarılmayıb
Şou biznes 09 Avqust 2024 - 10:12


 Avstriya hakimiyyəti Vyanada Taylor Sviftin konserti qarşısında bıçaq və ya əldəqayırma partlayıcıdan istifadə etməyi planlaşdıran iki nəfərin həbsindən sonra başqa şübhəlilərin axtarılmadığını təsdiqləyir.

 

Avstriya hakimiyyəti amerikalı müğənni Taylor Swift-in Vyana bölgəsində konserti zamanı hücum planlaşdırdığına görə həbs edilən 19 yaşlı şübhəlinin evində kimyəvi maddələr və texniki vasitələr tapdığını təsdiqləyib.

 

Onlar həmçinin ikinci şübhəlinin evində İslam Dövləti və Əl-Qaidə materiallarının tapıldığını təsdiqləyiblər.

 

Digər şübhəlilər axtarılmayıb. Təhlükəsizlik rəsmiləri bildiriblər ki, həbs edilən iki şəxs Avstriyada Taylor Swift konsertləri qarşısında bıçaq və ya əldəqayırma partlayıcılardan istifadə etmək niyyətində olub.

 

Onlar əlavə ediblər ki, 19 yaşlı şübhəlilərdən biri hücumu planlaşdırdığını və "İslam Dövləti istiqamətində açıq şəkildə radikallaşdığını" etiraf edib və "kafirləri öldürməyin doğru olduğuna" inanıb.

 

 

Avstriyanın yüksək səviyyəli ictimai təhlükəsizlik rəsmisi Frans Rufun sözlərinə görə, şübhəli internetdə radikallaşıb. O əlavə edib ki, bir neçə həftə əvvəl gənc internetdə yayımladığı mesaj vasitəsilə İslam Dövlətinin hazırkı lideri ilə beyət edib.

 

Stadionun yaxınlığında həbs edilən ikinci şübhəli konsertlər zamanı məkanda xidmət göstərən şirkətdə işə götürülüb.

 

Avstriya rəsmiləri bildiriblər ki, bu işlə bağlı başqa şübhəlilər axtarılmır.

 

Taylor Swift-in Vyanada planlaşdırılan üç konserti ləğv edilib.

 

 

Tərcümə edəni Səfər Abbasov/Zekainfo.az

reklamlar

Digər xəbərlər