Finlandiya prezidenti euronews-a bildirib ki, Avropa müdafiə sahəsində daha çox iş görməlidir

Finlandiya prezidenti euronews-a bildirib ki, Avropa müdafiə sahəsində daha çox iş görməlidir
Dünya 15 Yanvar 2025 - 10:00


 

 

Finlandiya prezidenti Alexander Stubb euronews-a deyib: "Müdafiəni təşviq etmək və daha çox xərcləmək bizim marağımızdadır".

 

Finlandiya prezidenti Alexander Stubb çərşənbə axşamı euronews-a bildirib ki, Avropanın tarix bayramı artıq başa çatıb.

 

Finlandiya Baltik regionunda kritik infrastrukturu hədəf alan düşmən hərəkətlərə qarşı müdafiəni gücləndirmək məqsədi daşıyan ilk NATO-Baltik dənizi sammitinə ev sahibliyi edərkən, cənab Stubb Avropanın daha çox iş görməli olduğunu söylədi.

 

Keçən Milad günü Finlandiya səlahiyyətliləri dənizaltı kommunikasiya kabellərini zədələməkdə şübhəli bilinən neft tankerini ələ keçirib. Finlandiya Rusiya ilə 1300 km sərhədi bölüşür.

 

Dünyadakı məlumatların 95%-dən çoxu bu kabellərdən keçir. Rusiya və Çin müntəzəm olaraq hibrid müharibənin bir hissəsi kimi onları sabotaj etməkdə ittiham olunur.

 

Çərşənbə axşamı NATO-nun baş katibi Mark Rutte kiberhücumlar, sui-qəsd cəhdləri və təxribatla bağlı razılaşdırılmış kampaniyanı vurğulayaraq, Baltikyanı regiona pilotsuz təyyarələr, freqatlar və təyyarələr göndərəcəyini vəd edib.

 

Finlandiya prezidenti Alexander Stubb hesab edir ki, ölkəsi yaxşı hazırlanıb, lakin Avropa ümumilikdə bir pillə irəliləməlidir.

 

 

Tərcümə edəni Səfər Şakiroğlu Zekainfo.az

reklamlar

Digər xəbərlər