Qəzzada müharibə: poliomielit peyvəndi kampaniyasının başlanğıcı

Qəzzada müharibə: poliomielit peyvəndi kampaniyasının başlanğıcı
İdman 02 Sentyabr 2024 - 13:45


 

 

Poliomielit əleyhinə peyvənd kampaniyasına start verilib. Zamana qarşı əsl yarış. İsrail hərbi əməliyyatlarına yalnız üç günlük qismən fasilə verir.

 

Qəzza zolağında poliomielit peyvəndi kampaniyası bu şənbə, avqustun 31-də, bir gün tez başlayıb. Məqsəd 10 yaşa qədər bütün uşaqları peyvənd etmək və bir neçə gün əvvəl bir uşaqda aşkarlanan virusun Qəzzada yayılmasının qarşısını almaqdır. Bu, Fələstin ərazisində son 25 ildə ilk təsdiqlənmiş haldır.

 

Faktiki peyvənd kampaniyası Sentyabrın 1-də Fələstin Səhiyyə Nazirliyi (SN) tərəfindən, əsasən, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), UNICEF və Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Təşkilatı (UNRWA) ilə əməkdaşlıq çərçivəsində başlayacaq.

 

İsrail münaqişəyə yalnız üç günlük qismən fasilə verir

Məqsəd əldə etmək asan deyil. Peyvənd olunacaq 640 mindən çox uşaq var və çatdırılacaq və aşılanacaq dozalar 1,60 milyon (hər uşaq üçün iki) təşkil edir. Bütün əməliyyatları çox mürəkkəb edəcək tamamilə fəlakətli kontekstdə.

 

İsrail də döyüşləri dayandırmaqda maraqlı görünmür. ÜST Tel-Əvivlə hərbi əməliyyatlarda yalnız məhdud fasilə nəzərdə tutan razılaşma əldə etdiyini bildirib. İsrail hökuməti bir gün uzadılması ehtimalı ilə səhər saat 6-dan axşam 3-ə qədər döyüşləri dayandırmağa razılaşıb.

 

Peyvənd kampaniyasının effektiv olması üçün ÜST bildirib ki, uşaqların ən azı 90%-i peyvənd edilməlidir. Missiyaya BMT agentliklərindən və Qəzza Səhiyyə Nazirliyindən 2100-dən çox tibb işçisi cəlb olunacaq. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Teodros Adhanom Ghebreyesus, kampaniyanın mərkəzi Qəzza bölgəsində başlayacağını, daha sonra zolağın cənubuna və nəhayət şimala doğru davam edəcəyini söylədi.

 

 

UNICEF-ə görə, bu sistem peyvənd əhatəsini təmin etmək üçün kifayət deyil. “Təhlükəsizlik, yolların və infrastrukturun zədələnməsi və əhalinin daimi yerdəyişməsi səbəbindən hər bir ərazidə cəmi üç günlük kampaniyanın peyvəndlə bağlı adekvat əhatəni təmin etmək üçün kifayət etməsi mümkün deyil”, - deyə BMT agentliyinin press-relizində deyilir.

 

Tərcümə edəni Səfər Abbasov/zekainfo.az

reklamlar

Digər xəbərlər