Münhendə polis tərəfindən vurulan şübhəli terror hücumu planlaşdırırdı

Münhendə polis tərəfindən vurulan şübhəli terror hücumu planlaşdırırdı
Dünya 06 Sentyabr 2024 - 18:45

 

Bosniya əsilli 18 yaşlı gənc bu cümə axşamı Münhen polisi ilə atışma zamanı öldürülüb. Səlahiyyətlilər onu süngü ilə təchiz edilmiş köhnə uzun silahdan istifadə edərək İsrail konsulluğuna hücum planlaşdırmaqda şübhəli bilirlər.

 

Cümə axşamı Münhendə polislə atışmada öldürülən şəxsin Bosniya və Herseqovinadan olan 18 yaşlı Avstriya vətəndaşı Emrah İ. olduğu müəyyənləşib. Onun cinayət yerinə sürdüyü avtomobilin Zalsburq vilayətinin dövlət nömrə nişanı olub.

 

Atışma başlayandan konsulluğun yaxınlığındakı əraziyə 500-ə yaxın polis səfərbər edilib. Polis vertolyotu da hadisə yerinə uçdu və ictimaiyyətdən X platforması vasitəsilə ərazidən uzaqlaşmaları istəndi.

 

Bəzi məlumatlara görə, Əmrah I.-nin əlində uzun silah, süngü taxılmış köhnə Mauzer karabini vardı. Polis atəş açanda gənc ölümcül yaralanıb. Başqa heç kim xəsarət almayıb.

 

 

Almaniya kansleri Olaf Scholz qısa müddət sonra polisin X şəbəkəsinə sürətli müdaxiləsini alqışladı, həmçinin xatırladıb ki, “anti-semitizm və islamçılığa burada yer yoxdur” (Almaniyada).

 

 

İsrail konsulluğunun ərazisi tez bir zamanda polis tərəfindən mühasirəyə alınıb.

İsrail konsulluğunun ərazisi tez bir zamanda polis tərəfindən mühasirəyə alınıb.

 

Müstəntiqlər atəş açan şəxsin İslam Dövləti (İD) qruplaşması ilə əlaqəsi ola biləcəyini və bunun terror hücumuna cəhd olduğunu güman edirlər. 2023-cü ildə o, terror təşkilatına mənsub olmaqda və İD təbliğatını yaymaqda şübhəli bilinir.

 

Avstriya rəsmiləri yeniyetmə sinif yoldaşlarına qarşı zorakılıq etdikdən sonra onun mobil telefonunda təbliğat materialı tapmışdılar. Lakin dövlət ittihamçısı işi bağladı.

 

Bu hadisə 52 il əvvəl, 1972-ci ildə Münhen Olimpiya Oyunlarında İsrail nümayəndə heyətinin "Qara Sentyabr" qruplaşmasının fələstinli fəalları tərəfindən girov götürülməsi qurbanlarının xatirəsinə yad edildiyi vaxta təsadüf edir.

 

Bu hücum İsrail komandasının 11 üzvü, bir Qərbi Almaniya polisi və beş terrorçunun ölümü ilə nəticələndi.

 

 

Tərcümə edəni Səfər Abbasov/Zekainfo.az

reklamlar

Digər xəbərlər