"HÖRMƏTLİ NÜŞABƏ XANIM ARASLI ATASI UNUDULMAZ HƏMİD ARASLININ ŞƏXSİ "QƏLƏMDAN"NINI NİZAMİ GƏNCƏVİ MƏRKƏZİNƏ HƏDİYYƏ ETDİ!"

"HÖRMƏTLİ NÜŞABƏ XANIM ARASLI ATASI UNUDULMAZ HƏMİD ARASLININ ŞƏXSİ "QƏLƏMDAN"NINI NİZAMİ GƏNCƏVİ MƏRKƏZİNƏ HƏDİYYƏ ETDİ!"
Cəmiyət 21 Oktyabr 2024 - 14:58

"Bu həftəki Bakı səfərimizdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun  "Nizamişünaslıq" şöbəsini ziyarət etdik! 

"Nizamişünaslıq" şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, çox əziz Nüşabə xanım Araslı, eyni zamanda şöbənin çox əziz, qayğıkeş alimi,  nizamişünas, filologiya üzrə fəlsəfə doktoru, dosent Zahra Allahverdiyeva  xanım, filologiya üzrə fəlsəfə doktoru, dosent  Vəfa Hacıyeva və onların yüksək qayğısı ilə formalaşan, inkişaf edən  gələcəyin alimləri ilə xoş bir görüş oldu."

İlk öncə  AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin  "Nizamişünaslıq" jurnalının AAK-ın tövsiyə etdiyi  dövri elmi nəşrlər siyahısına daxil edilməsi ilə bağlı müjdəni onlara verdim. Və onlar da öz növbələrində bu mötəbər hadisə ilə bağlı zəhməti,qayğısı olan bütün insanlara minnətdarlıqlarını,xoş diləklərini bildirdilər."


Bunu AMEA Nizamişünas alim Alimuxtar Muxtarov"Zəkainfo.az" saytına açıqlamasinda deyib. O, əlavə edib ki, Nüşabə xanımın və Zəhra xanımın zəngin elmlərindən yararlandıq,  dahi Azərbaycan şairi Nizami Gəncəvi irsi ilə bağlı gördüyümüz və görəcəyimiz işlərdən xeyli söhbət açdıq, yaxın hədəflər müəyyənləşdirdik:


 "Xüsusilə Zəhra xanımdan   doktorluq işinin müzakirəsi, görülmüş və görüləcək işlərdən xeyli yazılı və şifahi məsləhətlər aldım. Hər birinə səmimi görüşə görə minnətdaram.

Görüşümüzdə görkəmli Azərbaycan alimi, akademik Həmid Araslının yadigarı Nüşabə xanım Araslı unudulmaz atası Həmid müəllimin şəxsi kolleksiyasından ona məxsus "Qələmdan"nını Nizami Gəncəvi Mərkəzinə hədiyyə etdi. Bu dəyərli, olduqca qiymətli hədiyyəyə görə Nüşabə xanıma minnətdarlığımızı bildiririk!"- Alimuxtar Muxtarov deyib.


Cəmilə Çiçək

şair-jurnalist

reklamlar

Digər xəbərlər