COP29 konfransının keçirildiyi ərazidə 4 mətbəx fəaliyyət göstərir.
Zekainfo.az xəbər verir ki, bunu COP29 üzrə Catering, Təmizlik və Tullantıların Təmizlənməsi Dempartmentinin şöbə müdiri Anar Zeynalov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə onlardan 3-ü "Mavi zonada", biri isə "Green zona"dadır.
"Stadion ərazisində 56 yeni kafe və restoran qurulub. 30-dan çoxunda "kafeshop" və qida satışı nöqtələri, həmçinin 2 böyük restoran fəaliyyət göstərir. Birində milli, digərində dünya mətbəxi olacaq".
O vurğulayıb ki, kafe və restoranlar zonalar üzrə paylanılıb.
COP29 rəsmisi məlumat verib ki, 1 saat ərzində 6000- dən çox qonağa xidmət etmək iqtidarındadırlar.
O deyib ki, artıq müxtəlif ölkə pavilyonları portal satışı üzərindən sifarişlərə başlayıb.