Cəmiyət
18:06, 07 Noyabr 2024
Noyabr ayının 4-də Elm və Təhsil Nazirliyinin Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər rayonu 37 nömrəli tam orta məktəbində, hər il olduğu kimi, bu dəfə də Azərbaycanda keçirilən “Uşaq Hüquqları Aylığı” ilə əlaqədar tədbir təşkil olunub.
Toplantıda məktəbin pedaqoji kollektivinin üzvləri, valideynlər, yuxarı sinif şagirdləri, ictimaiyyətin nümayəndələri iştirak edib. Tədbiri məktəbin direktoru Nemət Həsənov açaraq iştirakçıları salamladı, belə əlamətdar hadisənin aktuallığı haqqında çıxış edərək bütün dünyada olduğu kimi, ölkəmizdə də insan hüquqlarının qorunması, bu sahədəki maarifləndirmə işlərinin vacibliyini vurğuladılar.
Tədbirin təşkilatçısı, Kəlbəcər rayonu 37 nömrəli tam orta məktəbin psixoloqu jurnalist, ictimaii fəal Cəmilə Çiçək İsbəndiyarova bildirdi ki, cəmiyyətimizin həssas təbəqəsi olan uşaqların müdafiəsi ölkəmizdə daim diqqət mərkəzindədir. Uşaqların inkişafı və hüquqlarının qorunmasında, vətənpərvərlik, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunmasında, layiqli vətəndaş kimi formalaşmasında dövlətlə yanaşı, cəmiyyətin hər bir üzvü məsuliyyət daşıyır. Gələcəyimiz olan uşaqları fiziki və mənəvi cəhətdən sağlam, cəmiyyətimiz üçün faydalı şəxsiyyət kimi yetişdirmək naminə səylərimizin birləşdirilməsi xüsusi əhəmiyyət kəsb etdiyini, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə bu istiqamətdə atılan ciddi addımların bütün dünyada təqdirəlayiq hal kimi dəyərləndirildiyini bildirdi.
O, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə xanım Əliyevanın Azərbaycan Respublikasının Elm və Təhsil Naziri cənab Emin Əmrullayevə ünvanladığı məktubda göstərilən fikirlərini bölüşdü:
“BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasını ratfikasiya edən dövlətlərdən biri kimi Azərbaycanda ötən dövr ərzində uşaq hüquqlarının müdafiəsinin sahəsində həyata keeçirilmiş genişmiqyaslı islahatlar nəticəsində milli qanunvericilik müsir dövrün tələblərinə uyğun təkmilləşdirilmiş, institusional mexanizmilər yaradılmış, mühüm nəaliyyətlər əldə edilmişdir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununa edilən son dəyişikliklər nəticəsində Müvəkkilə “Uşaq hüquqları haqqında” Konvensiyasını həyata keçirilməsinin monitorinqi və təşfiqi üzrə müstəqil monitorinq mexanizminin fnuksiyalarının həyata keçirilməsi səlahiyyətinin verimməsi və bu məqsədlə cari ildə təsisatda monitorinq qrupunun yaradılması qeyd olunan istiqamətdə atılan addımlardandır.
“Uşaq hüquqları haqqında” Konvensiyanın 35-ci il dönümü ilə əlaqədar Ombudsman tərəfindən hər il olduğu kimi bu il də 20 oktyabr - 20 noyabr tarixləri ölkədə “Uşaq Hüquqları Aylığı” elan edilir.
Aylığın keçirilməsi aidiyyətı qurumları cəlb etməklə uşaq hüquqlarının müdafiəsi sahəsində tədbirlərin keçirilməsi və aylıq çərçivəsində həyata keçirilmiş fəaliyyətlə bağlı məlumatların 22-noyabr 2024-cü il tarixinədək Ombudsman Aparatının elektron poçt ünvanına ([email protected]) göndərilməsi ilə göstəriş verməyinizi Sizdən xahiş edirəm.”
Dərnək rəhbəri, Azərbaycan dili və ədəbiyyatı müəllimi Tahirə Verdiyeva mövzu ilə bağlı ürək sözlərini dilə gətirərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən yeni tarixi bir dövr başlanıb. Uzun illərdir işğaldan əziyyət çəkən və nəticə olaraq fundamental hüquqları pozulmuş keçmiş məcburi köçkünlərimiz fəxarətlə öz doğma torpaqlarına, əsrlər boyu xalqımızın yaşadığı ərazilərə geri qayıdır.
Məktəbin təlim tədris üzrə müavini İlyas Qədimalıyev də çıxışında bildirdi ki, uşaqların, xüsusilə çətin həyat şəraitində olan uşaqların vəziyyətinin öyrənilməsi, təhsil, səhiyyə, sosial müdafiə, məhkəmə, hüquq mühafizə, idman, mədəniyyət, istirahət, media və digər sahələrdə, habelə ailədə və cəmiyyətdə uşaqlar və onlarla müntəzəm təmasda olan şəxslər arasında uşaq hüquqları sahəsində məlumatlılığın artırılması önəmli hesab olunan məsələlərdir.
Musiqi müəllimi İlhamə Əliyeva tədbirin aktuallığını vurğulayaraq bildirdi ki, Dövlət və yerli özünüidarə orqanları, vətəndaş cəmiyyəti institutları, o cümlədən həmkarlar ittifaqları, qeyri-hökumət təşkilatları, media və digər qurumlar tərəfindən uşaq hüquqlarının üstün mühafizəsi prinsipi əsas tutulmaqla bu istiqamətdə həyata keçirilən tədbirlər əhəmiyyətli rol oynayır. Müvafiq qurumların uşaqların müdafiəsi sahəsində səmərəli və əlaqəli şəkildə fəaliyyət göstərməsi uşaqların hüquq və maraqlarının daha etibarlı təmin olunmasına xidmət edir.
Daha sonra uşaq hüquq aylığı ilə bağlı tədbirdə iştirak edənlər ictimai müzakirəyə fəal qoşularaq fikirlərini bölüşdülər, təkliflər irəli sürdülər. Bu təkliflərin bir qismi aylıq çərçivəsində davamlı şəkildə keçirilməsi təklif olunan açıq dərslərdə müəllimlərin yararlanmaları üçün tövsiyyə olundu.
Uşaq hüququları universal insan haqlarının tərkib və təməl hissəsi kimi daim təkmilləşdirilməsinə ehtiyac duyulduğu vurğulandı. Uşaq hüquqlarının xüsusən də son illər sosial şəbəkələrdə, virtual aləmdəki hüquqi-etik davranış mədəniyyətinin bir hissəsinə çevirilməsinə ehtiyac duyulduğu bildirildi.
Əlirza İsbəndiyarov