Çimnaz xanım Calalovanın
yazdığı “Allahımm...” şeirinə yaradıcı təfsir (nəzirə) olaraq cni sizlərə
təqdim edirəm.
Allahımm..
Bir anlıq düşündüm, xeyala
daldım.
Tutdum, sevdiymi
"əlindən"* aldım.
Sehirlə, xoş sözlə ağlın
tovladım..
Gördüm ki, olmadı, heç
bəyənmədim,
Bu nədir, yalançı sevgi
oyunu,
Axı mən özümü niyə aldadım?
O*, mənim gözümdə müqəvva
oldu!
Allahımm!
Daha istəmədim xəyala
dalmaq,
Özüm canlandırmaq, özüm
yaratmaq,
Kimisə yanımda yoxkən
yaşatmaq,
Gördüm ki, bu nədi, heç
bəyənmədim..
Xəyali bir sevgi düşünmək
belə,
Yazıqlıq duyğusu bəxş edir
demə..
O, mənim gözumdə müqəvva
oldu..
Allahım...
Etiraf edirəm Sənə!
Mənim yaratdığım fikrən də
olsa,
incidir... ,
istirab yaşadır elə,
məndə mənim olsa belə..
Eybi yox!
Qoy məni sevməsin, heç
istəməsin!
Bir gün...
Yanıma gələrsə üzü gülməsin,
Kənarda əylənsin, xoşbəxt
yaşasın,
yetər ki...
Sən deyən olsun, "Sən,
yazan qədər*",
Anladım, bu qədər, Səni, Sən
edər,
Anladım, bu qədər, məni, mən
edər!
Bəlkə aramızda mübahisə,
münaqişə düşər..
Olsun!
Anladım, Sən yazan çoxx
maraqlıdır!
Al, elə Özün yaz, bir daha,
yenə,
Mən isə yaşayım, aylara, günə,
Boylana-boylana içimdən çölə.
Sən demə..
Xoşbətlikmiş yatıb durmaq
məchulə..
sabahları,
sonraları,
qəlbləri "bilməmək"
çoxxx maraqlıdır..
Çimnaz Calalova
“Bir Müqəvva Sevginin Ölüm
Hekayəsi”
Hər şey sönməz bir xəyal kimi
beynimdə dolanırdı. Dəfələrlə öz yaratdığım xəyali bir sevginin əsirinə
çevrilmişdim. Qəlbimə toxunan, amma ruhumu ağırlaşdıran bir hiss idi bu. Hər
axşam pəncərəmi açıb çölə baxır, xəyalımda yaratdığım o “o” insanın varlığını
dərin, lakin əsassız şəkildə təsəvvür edirdim. Amma səhv edirdim. Axı, bu sevgi
deyildi. Sadəcə bir tənha ruhun xəyali oyunuydu.
Bir gecə, xəyal dünyası yenə
məni öz cənginə almışdı. O insanı fikrimdə yenidən yaratmış, onun mənim yanımda
olduğunu təsəvvür etmişdim. Amma bu dəfə fərqli idi. Söyləmədim, dinləmədim.
Sadəcə baxdım. Və anladım: “o” mənim yaratdığım, gözəl şəkildə formalaşmış,
amma həqiqətə uyğun olmayan bir təsvirdi. Ruhum bir andaca boşluğa yuvarlandı.
Ertəsi səhər çölə çıxdım.
Soyuq bir qış günü idi. Həvəslə yox, lakin təmiz hava ehtiyacı ilə yeridim. Hər
şeyi unutmaq istəyirdim. Yaratdığım xəyalları, öz təsvir etdiyim hissləri,
hamısını. Şəhərin bir küçəsində dayandım. Orada kiçik bir dükan vardı. Pəncərəsində
bir kitab qoyulmuşdu. Kitabın adı “Tale” idi. Bu söz mənim ruhumun o an ehtiyac
duyduğu bir anlayışı əks etdirirdi.
Kitabı aldım və parkda kiçik
bir skamyaya oturaraq oxumağa başladım. Hər bir səhifə məni dərin düşüncələrə
aparırdı. Kitab taleyin gözəlliyini, insanın hər şeyi nəzarətdə saxlamaq
istəyinin mənasız olduğunu anlatırdı. Bu mənim mübarizəmin cavabı idi. Həyatı
yaratmaq deyil, axışına buraxmaq lazım idi.
Evdə əvvəllər yaratdığım xəyal
aləmi mənə dərindən
Bir neçə ay sonra artıq daha
çox rahat idim. O “yaratdığım sevgi” mənə yaddı. O sevgi, Allaha təslim olduğum
günə qədər ruhumdan ayrılmamışdı. Amma indi anlayıram ki, forma yox, yalnız
axın var. Allah yazır, biz isə yaşayırıq.
O andan etibarən xəyal deyil,
həyatın özünü yaşamağa başladım. Və hər yeni gün, qəlbimə daha çox sakitlik və
xoşbəxtlik bəxş etdi.
Sakit Məlikov