Avropa: soyuq hava nəqliyyatda əhəmiyyətli aksamalara səbəb olur

Avropa: soyuq hava nəqliyyatda əhəmiyyətli aksamalara səbəb olur
Dünya 07 Yanvar 2025 - 16:48


 

 

Güclü qar və yağış səbəbindən bir neçə hava limanı Almaniya və Böyük Britaniyada uçuşları dayandırmağa məcbur olub. İngiltərə və Uelsin şimalında əsas yollar bağlanıb.

 

Güclü qar və şaxtalı yağış bu bazar günü Avropada, xüsusən də Almaniya və Böyük Britaniyada geniş fəsadlara səbəb olub.

 

Frankfurt və Münhen hava limanlarında fasilələr

Almaniyada ekstremal hava şəraiti nəqliyyatda əhəmiyyətli aksamalara səbəb olub.

 

Kölndə gecə və səhər tezdən on santimetrə qədər təzə qar yağıb.

 

İngiltərənin şimalında və Uelsdə uçuşlar ləğv edilib, yollar bağlanıb

Soyuqlar Böyük Britaniyada da nəqliyyatın kəsilməsinə səbəb olub. Bəzi ərazilərə 40 santimetrə qədər qar yağıb.

 

Bir neçə böyük hava limanı uçuşları dayandırmaq məcburiyyətində qalıb, İngiltərə və Uelsin şimalında əsas yollar bağlanıb.

 

 

 Səlahiyyətlilər sürücülərə və piyadalara buzla bağlı xəbərdarlıq edərək insanlara mümkün qədər evdə qalmağı tövsiyə edib.

 

Tərcümə edəni Səfər Şakiroğlu Zekainfo.az/

reklamlar

Digər xəbərlər