“Fövqəladə həmrəylik dalğası”. Mayot
arxipelaqını viran edən Çido siklonunun keçməsindən iki həftə sonra Fondation
de France bu cümə, dekabrın 27-də cəmi 23 milyon avro ianə topladığını
açıqladı. Təşkilat bu səxavət səviyyəsinin görünməmiş olduğunu bildirir.
"Bu, Fondation de France-da belə qısa müddət ərzində fövqəladə yardımın ən
böyük başlanğıcıdır" dedi xeyriyyəçilik fəaliyyətinin direktoru Alexandre
Giraud.
Müvəqqəti hesabata görə, siklonun keçməsi
nəticəsində 39 nəfər ölüb, 4000-dən çox insan yaralanıb. Fransanın ən kasıbı
olan şöbədə hər şeyi yenidən qurmaq lazımdır. Və yaxşı bir səbəbə görə: Çido
siklonu 90 ildə ən güclü idi. Bütün bələdiyyələr təsirləndi, gecəqondular
yerlə-yeksan edildi və tullantılar yığılır ki, bu da sağlamlıq riskləri
qorxusuna səbəb olur.
İlk su və ərzaq paylanmasına başlansa da, bir
çox sakinlər tərk edilmiş olduqlarını və hələ də kömək gözlədiklərini deyirlər.
Fəlakətdən iki həftə sonra Mahorais ailələrinin yarıdan çoxunda elektrik hələ
də kəsilib.
Bəs ianələr bu vəziyyəti necə yaxşılaşdıra
biləcək? Dekabrın 24-də dərc olunan press-relizdə Fondation de France toplanan
məbləği necə bölüşdürməyə hazırlaşdığını ətraflı şəkildə izah edib.
"Fondation de France əsas ehtiyaclara çıxışı təşkil edən bir neçə
assosiasiyanın kollektivinə dəstək vermək qərarına gəldi: gigiyena dəstlərinin
paylanması, suyun zərərsizləşdirilməsi üçün filtrlər, tualetlərin təmizlənməsi
və tullantı sularının evakuasiya sistemlərinin təmiri, əhalinin ən həssas
təbəqələrinə sığınacaq verilməsi" izah edir.
Təşkilat, həmçinin, "əvvəlcə fövqəladə
ehtiyaclara cavab vermək üçün" Médecins du monde assosiasiyasına dəstəyini
elan edir. Bundan əlavə, onun komandaları yerli assosiasiyalarla görüşmək və
onlarla yardım təşkil etmək üçün əraziyə getməlidirlər.
"Təcili yardım və fövqəladə vəziyyət
mərhələsindən sonra Fondation de France ən kövrək insanların yenidən
qurulmasını və normal gündəlik həyatına qayıtmasını asanlaşdırmaq üçün müdaxilə
edəcək" deyə təşkilat həmçinin əmin edir. O, artıq Xarici Ərazilərdə
postsiklonik vəziyyətlərdə işlədiyi Compagnons Bâtisseurs kimi birliklərlə
işləmək istədiyini elan edir.
Tərcümə
edəni Səfər Şakiroğlu Zekainfo.az/