Şənbə günündən etibarən AB-də satılan bütün
kiçik və orta ölçülü portativ elektron cihazlar tullantılarla mübarizə aparmaq
üçün USB-C portlarına uyğun olmalıdır.
Şənbə günündən etibarən Aİ istehlakçılarının
smartfonları, planşetləri, kameraları, qulaqlıqları, video oyun konsolları və
digər cihazları üçün fərqli şarj cihazına ehtiyac qalmayacaq, çünki USB Type-C
doldurma portları bütün blokda mobil alətlər üçün standart olacaq.
2022-ci ildə Avropa Parlamenti və üzv
dövlətlər böyük səs çoxluğu ilə alternativ şarj üsullarından imtinanın lehinə
səs verdilər, yəni Aİ-də satılan bütün kiçik və orta ölçülü portativ elektron
cihazlar USB-C portlarına uyğun olmalıdır.
Aİ qaydalarına əsasən, istehlakçılar
aldıqları hər cihazla yeni şarj cihazı almaqdan da imtina edə bilərlər.
Noutbuk istehsalçıları 28 aprel 2026-cı ildən
eyni qaydalara tabe olacaqlar.
Avropa Parlamentinin Daxili Bazar və
İstehlakçıların Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Anna Cavazzini
mətbuata açıqlamasında bildirib ki, bu, “istehlakçıların rahatlığı və ekoloji
məsuliyyətə doğru atılan qəti addımdır”.
Xanım Cavazzini əlavə edib: “Bu qaydalar
atılan şarj cihazları tərəfindən hər il yaranan tonlarla tullantıların
öhdəsindən gəlmək və hər il lazımsız şarj cihazlarının alınmasını aradan
qaldırmaqla Aİ ev təsərrüfatları üçün təxminən 250 milyon avro qənaət etmək
məqsədi daşıyır.
Parlament, istehsalçıların bu dəyişikliklərə
necə uyğunlaşacağını yaxından izləyəcəyini söylədi.
Tərcümə
edəni Səfər Şakiroğlu Zekainfo.az/