Sualtı kabellər: NATO Baltik dənizində hərbi mövcudluğunu gücləndirəcək

Sualtı kabellər: NATO Baltik dənizində hərbi mövcudluğunu gücləndirəcək
Dünya 29 Dekabr 2024 - 16:05


 

 

 

Baltik dənizində sualtı kabellərə və qaz kəmərlərinə ziyan vuran bir sıra insidentlərdən sonra region ölkələri həyəcan təbili çalır.

 

NATO-nun baş katibi Mark Rutte bildirib ki, finlandiyalı müstəntiqlər həftənin əvvəlində Rusiyaya aid bir gəminin regionda sualtı kabelləri təxribat edib-etmədiyini müəyyən etmək üçün çalışdıqca, hərbi alyans Baltik dənizində patrulları gücləndirəcək.

 

Cümə axşamı Finlandiya səlahiyyətliləri Finlandiya və Estoniyanı birləşdirən sualtı elektrik kabelini zədələməkdə şübhəli olduqları Eagle S gəmisinə minərək nəzarəti ələ keçirdilər.

 

Finlandiyanın Yle ictimai yayımı xəbər verir ki, Eagle S-in lövbəri Estlink-2 kabelini zədələməkdə şübhəli bilinir.

 

Kremlin sözçüsü Dmitri Peskovdan cümə günü Finlandiya sularına aparılan gəminin ələ keçirilməsi ilə bağlı sual verilib, lakin o, şərh verməkdən imtina edib.

 

Eagle S Kuk adalarının bayrağını dalğalandırır, lakin Finlandiya gömrük orqanları və Aİ rəsmiləri onu Ukraynanın işğalından sonra tətbiq edilən beynəlxalq sanksiyalara zidd olaraq Rusiyanın neft və qaz daşıyan tankerlərdən ibarət xəyal donanmasının bir hissəsi kimi təsvir edirlər.

 

Sahibləri çox vaxt qaranlıq olan bu köhnə gəmilər, Qərb ölkələri tərəfindən tənzimlənən sığorta olmadan müntəzəm olaraq istismar olunur.

 

Rusiyanın bu gəmilərdən istifadə etməsi, onların yaşını və sığortanın qeyri-müəyyənliyini nəzərə alaraq qəzalarla bağlı ekoloji narahatlıqları artırıb.

 

 

Bu, regionda əsas infrastrukturun pozulması ilə bağlı son hadisədir.

 

Mark Rutte X-də yazdığı bir yazıda Finlandiya prezidenti Alexander Stubb ilə "Sualtı kabellərin mümkün təxribatı ilə bağlı Finlandiyanın davam edən təhqiqatı haqqında" danışdığını söylədi.

 

O əlavə edib ki, “NATO Baltik dənizində hərbi mövcudluğunu gücləndirəcək”.

 

Hadisə ilə bağlı yüksək səviyyəli görüşdən sonra Alexander Stubb X-ə "vəziyyət nəzarət altındadır. Narahat olmağa heç bir əsasımız yoxdur" deyib, istintaqın davam etdiyini bildirib.

 

O əlavə edib ki, Finlandiya və Estoniya NATO-dan əlavə yardım istəyib.

 

Və bu yeni tədbirlərə bölgədə "gəmi sığortası sertifikatlarının yoxlanılması" daxil ola bilər.

 

Finlandiya prezidenti əlavə edib ki, “biz beynəlxalq dəniz hüququna əsaslanaraq gələcəkdə oxşar insidentlərə daha effektiv reaksiya vermək yollarını da araşdırırıq”.

 

Finlandiyadan Estoniyaya Baltik dənizinin altından elektrik enerjisi daşıyan Estlink-2 kabeli çərşənbə günü sıradan çıxsa da, xidmətlərə təsir minimal olub.

 

Finlandiya Prezidenti Alexander Stubb Helsinkidə Finlandiya və Estoniya arasında elektrik kabelində baş verən insidenti şərh etmək üçün mətbuatla görüşür, 27 dekabr 2024-cü il

 

 

Tərcümə edəni Səfər Şakiroğlu Zekainfo.az/

reklamlar

Digər xəbərlər