ABŞ: Donald Tramp Ali Məhkəmədən TikTok-u təhdid edən qanunu dayandırmağı xahiş edir

ABŞ: Donald Tramp Ali Məhkəmədən TikTok-u təhdid edən qanunu dayandırmağı xahiş edir
Dünya 29 Dekabr 2024 - 16:04


 

Seçilmiş prezident administrasiyasının bu problemə “siyasi həll” tapana qədər gözləmək istəyir.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ali Məhkəmədən administrasiyası problemin “siyasi həlli” tapana qədər TikTok video yayım platformasına qoyulan potensial qadağanı dayandırmağı xahiş edib.

“Prezident Tramp mövqe tutmur, o, Məhkəmədən bu işin mahiyyətini nəzərə alaraq, 2025-ci il yanvarın 19-na qədər olan qanunun ləğv edilməsinin dayandırılması məsələsini nəzərdən keçirməyi xahiş edir”.

İş üzrə şifahi arqumentlər yanvarın 10-na təyin edilib. Məsələ burasındadır ki, TikTok-un Çində yerləşən ana şirkətini ləğv etməsini və ya qadağa ilə üzləşməsini tələb edən qanun Birinci Düzəlişi pozaraq söz azadlığını qeyri-qanuni məhdudlaşdırır.

Qanun aprel ayında iki partiyanın geniş dəstəyi ilə Konqresdən keçdikdən sonra prezident Co Bayden tərəfindən imzalanıb.

TikTok və onun ana şirkəti ByteDance daha sonra məhkəməyə müraciət ediblər.

Bu ayın əvvəlində Kolumbiya Dairəsinin Apellyasiya Məhkəməsində üç federal hakimdən ibarət kollegiya qanunu yekdilliklə təsdiqlədi və TikTok Ali Məhkəməyə şikayət verməyə məcbur oldu.

TikTok-un vəkilləri iddia etdilər ki, Federal Apellyasiya Məhkəməsi qərarını Çinin oradakı törəmə şirkətlərinə təzyiq edərək TikTok-un ABŞ platformasına nəzarət edə biləcəyi iddiasına əsaslanaraq səhv etdi.

Bayden administrasiyası əmin edir ki, TikTok Pekin ilə əlaqələri səbəbindən milli təhlükəsizlik üçün risk təşkil edir.

Çin səlahiyyətlilərinin ByteDance-i TikTok-un ABŞ müştəriləri haqqında məlumat verməyə və ya məlumatı yaymaq və ya silmək üçün platformadan istifadə etməyə məcbur edə biləcəyini iddia edir.

TikTok-un qanuni sənədlərində deyilir ki, hökumət “etiraf edir ki, Çinin nə vaxtsa buna cəhd etdiyinə dair heç bir sübut yoxdur” və əlavə edib ki, ABŞ-ın qorxuları gələcək risklərə əsaslanır.

 

Tərcümə edəni Səfər Şakiroğlu Zekainfo.az/

 

reklamlar

Digər xəbərlər