Qiymətinin 100 milyon avrodan çox olacağı təxmin
edilən HPC6 kimi tanınan superkompüter bir sıra süni intellekt funksiyalarını
emal edə biləcək.
İtaliyanın enerji şirkəti Eni neft və qaz kəşfi
texnologiyasını təkmilləşdirməyi qarşısına məqsəd qoyan dünyanın ən güclü
superkompüterlərindən birini təqdim edib. Bu, həmçinin şirkətin
karbonsizləşdirmə və təmiz enerji strategiyasında mühüm addımdır.
Təxmini dəyəri 100 milyon avrodan çox olan HPC6
adlanan superkompüter 14 000-ə yaxın prosessor qrafikası (GPU) sayəsində
müəyyən sayda süni intellekt funksiyalarını, eləcə də çox mürəkkəb
hesablamaları emal edə biləcək.
Təşəbbüsün Eni-yə təmiz enerji və dekarbonizasiya
ilə bağlı hesablamalarına kömək etməklə yanaşı, böyük həcmdə məlumatları
yoxlamağa və yeni neft və qaz yataqlarını kəşf etməyə imkan verəcəyi
gözlənilir.
Onlar həmçinin quyunun yerləşdirilməsi, hasilatın
proqnozlaşdırılması, təkmilləşdirilmiş neftin çıxarılması və lay
simulyasiyasında kömək edə bilər.
Tərcümə
edəni Səfər Şakiroğlu Zekainfo.az/