BMW Qrupu
AB-nin Rusiyaya nəqliyyat vasitələrinin ixracının qarşısını almaq üçün tətbiq
etdiyi sanksiyalara baxmayaraq, rus alıcılarına 100-dən çox yüksək səviyyəli
avtomobil satdığını təsdiqləyib.
Alman
avtomobil istehsalçısı BMW Group, geniş yayılmış beynəlxalq və Avropa
sanksiyalarına baxmayaraq, Business Insider-in xəbərini təsdiqləyərək, rus
alıcılarına yüzdən çox lüks avtomobil satdığını açıqlayıb.
Bu satışlar
Rusiya ilə Ukrayna arasında müharibə başlayandan sonra Rusiyaya dəbdəbəli malların
ixracına qarşı tətbiq edilən mövcud Avropa sanksiyalarının pozulması kimi
qiymətləndirilə bilər. Aİ ilə yanaşı, ABŞ 2022-ci ilin martından Rusiyaya
dəbdəbəli avtomobillərin ixracına da sanksiya qoyub.
Avropa
İttifaqı həmçinin mühərrik həcmi 1900 kubsantimetrdən çox olan yeni və işlənmiş
lüks avtomobillərin, eləcə də bütün hibrid və elektromobillərin Rusiyaya
ixracına xüsusi sanksiya qoyub.
BMW satışları
"qanunsuzluqlar" adlandırıb və qeyri-qanuni ticarətin arxasında
Hannover filialının işçilərinin olduğunu təsdiqləyib. Nəticədə, BMW Group
şirkəti mövcud sanksiyalara uyğunlaşdırmaq məqsədi ilə əməliyyatlarda iştirak
edən bütün işçilərini işdən azad etdiyini və həmçinin gələcək tədarüklərin bir
çoxunu dayandırdığını bildirib.
Tərcümə
edəni Səfər Şakiroğlu Zekainfo.az/