Riot
Games-ə baha başa gələn tamaşaçı uğuru. Video oyun tərtibatçısı, Netflix-də
olduqca yaxşı qarşılanan 2021 və 2024-cü illərdə Arcane-in iki mövsümünün
yayımı ilə kommersiya təklifini şaxələndirdi. Lakin League of Legends
kainatından uyğunlaşdırılmış serial, şirkətin 250 milyon dollar sərmayə
qoymasına baxmayaraq, maliyyə baxımından gəlirli olmaqdan uzaqdır.
Həm
animasiya, həm də marketinq üçün xərclənən və yayım hüquqları ilə amortizasiya
olunmaqdan uzaq olan bir məbləğ. Variety-ə görə, bunlar Netflix-ə 18 seriyanın
hər biri üçün 3 milyon dollara başa gəlir və eyni qiymətə Çində yayımlanan Riot
Games-in də sahibi olan Çin texnologiya nəhəngi Tencent-ə verilir.
Belə
ki, iqtisadiyyat üzrə ixtisaslaşmış mətbuat agentliyi Bloomberg, yatırılan 250
milyon dollar sərmayənin yalnız yarısının iki mövsümün onlayn yayımlanması ilə
geri qaytarıldığını ortaya qoydu. İstehsalın içərisində olan bir neçə şəxs,
şirkətin 2021-ci ildə ilk mövsümün başlamazdan əvvəl cizgi seriyasını
maliyyələşdirmək üçün "möhkəm planının" olmadığını və əsas məqsədinin
əsasən video oyunlarında yeni insanları geri qaytarmaq olduğunu söylədi. İki
mövsümü Netflix-də uzun müddət zirvədə qalan serialın uğuru son nəticədə Riot
Games üçün olduqca gözlənilməz oldu.
Tərcümə
edəni Səfər Şakiroğlu Zekainfo.az/