Çərşənbə günü Moskva Ukraynanın enerji infrastrukturuna
kütləvi raket və dron zərbələri endirərək ukraynalıları Milad səhəri metro
stansiyalarına sığınmağa məcbur edib.
Ukrayna prezidenti Vladimir Zelenski X-də
verdiyi açıqlamada Ukraynanın enerji mənbələrinə zərbələr endirmək üçün
ballistik raketlər də daxil olmaqla 70-dən çox raket və 100-dən çox hücum
pilotsuz uçan aparatından istifadə edildiyini bildirib.
"Putin qəsdən hücum etmək üçün Milad
bayramını seçdi. Bundan qeyri-insani nə ola bilər? Onlar mübarizəni davam
etdirirlər ki, Ukrayna elektrik enerjisindən məhrum olsun". Cənab Zelenski
dedi
Onun sözlərinə görə, Ukrayna ən azı 50 raket
və xeyli sayda pilotsuz uçan aparatı vurmağa nail olub.
Hücum zamanı Dnepr bölgəsində azı bir nəfər
həlak olub, Ukrayna baş nazirinin müavini Oleksi Kuleba Telegram-da bildirib və
əlavə edib ki, İvano-Frankivskdə 155 yaşayış binasının istiləşməsi
dayandırılıb.
O, həmçinin bildirib ki, Xarkov vilayətində
2677 bina istiliksiz qalıb.
Ukraynanın xarici işlər naziri Andriy Sybiha
Rusiya raketinin Moldova və Rumıniya hava məkanını keçdiyini bildirib.
Moldova prezidenti Maria Sandu X-də ölkəsinin
hava məkanının pozulmasını təsdiqləyib.
Tərcümə
edəni Səfər Şakiroğlu Zekainfo.az/