Dağıdıcı yanğından beş il sonra təmir edilmiş
binada ilk Milad mərasiminə qatılmaq üçün Notr-Dam de Paris Katedralində
çoxsaylı dindarlar da var idi.
Dekabrın 25-də bütün dünya xristianları Milad
bayramını qeyd etmək üçün bir araya gəlirlər.
Vatikanda Papa Fransisk ənənəvi “Urbi et
Orbi” (Şəhərə və dünyaya) çıxışı zamanı bir daha dünya sülhünə çağırıb.
Suveren pontifik Ukraynada “ədalətli və
davamlı sülh” üçün “danışıqlara, dialoq və görüş jestlərinə qapı açmaq cəsarətinə”
çağırır.
O, həmçinin "fəlakətli humanitar vəziyyət"
qarşısında Qəzzada atəşkəsə, israilli girovların azad edilməsinə və "aclıq
və müharibədən tükənmiş əhaliyə" yardımın artırılmasına çağırır.
Papa, nəhayət, Livan və Suriyanın xristian
icmalarına dəstəyini ifadə edərək, "münaqişədən əziyyət çəkən regionda
dialoq və sülh qapılarının açılacağına" ümid etdiyini bildirib.
Tərcümə
edəni Səfər Şakiroğlu Zekainfo.az/