Yeni məhsullara əlvida? Milad bayramı
ərəfəsində milyonlarla avropalı istehlakçının seçimi ikinci əl hədiyyələr olub.
Z nəsli bu tendensiyanı idarə edir.
Yaşayış xərclərinin artması və iqlim
dəyişikliyi ilə bağlı artan narahatlıqlar ikinci əl Milad hədiyyələrinin
artmasına səbəb olur.
Böyük Britaniyada insanların 83%-i “ikinci
əl” hədiyyə almaqdan xoşbəxt olacaqlarını deyir və alıcıların 68%-i
büdcələrinin bir hissəsini buna sərf etməyi planlaşdırır. 2024-cü il Yenidən
Başla hesabatına görə, Z nəslinin nümayəndələri arasında bu nisbət 83%-ə çatır.
Britaniyada Milad bayramı üçün ən populyar
ikinci əl hədiyyələrin elektronika (55%), idman malları (47%) və mebel (42%)
olacağı gözlənilir.
Tərcümə
edəni Səfər Şakiroğlu Zekainfo.az/