Zeytun yağı, süd və dənli bitkilər: 2024-cü ildə ərzaq qiymətlərinin necə dəyişdiyi

Zeytun yağı, süd və dənli bitkilər: 2024-cü ildə ərzaq qiymətlərinin necə dəyişdiyi
Cəmiyət 28 Dekabr 2024 - 11:55


 

 

 

2021 və 2022-ci illərdə ərzaq qiymətlərinin yüksəlməsindən sonra 2024-cü ildə süd və dənli bitkilər də daxil olmaqla beşdən çox vacib ərzaq məhsulunun qiymətləri aşağı düşdü.

 

2024-cü ildə Avropa İttifaqında kənd təsərrüfatı məhsullarının qiymətləri 2023-cü illə müqayisədə 2% bir qədər azalıb.

 

Bu qiymət enişi 2021 və 2022-ci illərdə COVID-19 pandemiyası, ekstremal hava şəraiti və Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar kəskin artımlardan sonra baş verir.

 

2024-cü ildə zeytun yağının qiymətinin artmasına baxmayaraq, dənli bitkilərin qiyməti 15%, yumurtanın qiyməti 8%, tərəvəz və bağçılıq məhsullarının qiyməti 2% ucuzlaşıb.

 

Donuz və quş ətinin qiymətləri də müvafiq olaraq 7% və 8% ucuzlaşıb.

Eurostat rəqəmlərinə görə, 2024-cü ildə AB-nin 16 ölkəsində süd qiymətləri aşağı düşüb.

 

İstehsala gəlincə, toxum və baytarlıq xidmətlərinin dəyəri 3% artıb.

 

Digər tərəfdən, gübrələrin və torpaq kondisionerlərinin qiymətləri 18 faiz, heyvan yeminin qiyməti 11 faiz, bitki mühafizə vasitələri və pestisidlərin qiyməti 2 faiz ucuzlaşıb.

 

 

Tərcümə edəni Səfər Şakiroğlu Zekainfo.az/

reklamlar

Digər xəbərlər