Azərbaycanda müvəqqəti qalan rusların nəzərinə: Qaydalar dəyişir

Azərbaycanda müvəqqəti qalan rusların nəzərinə: Qaydalar dəyişir
Siyasət 28 Dekabr 2024 - 14:52

Rusiya tərəfinin tətbiq etdiyi yeni qaydalar və ölkədə qalma müddəti ilə bağlı tələblərin sərtləşdirilməsi ilk növbədə vətəndaşlarımızın hüquqları kontekstində nəzərdən keçirilir.

Zekainfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat katibi Ayxan Hacızadənin Rusiya Federasiyasında xarici vətəndaşların müvəqqəti olma müddəti ilə əlaqədar qəbul edilmiş yeni qaydalar ilə bağlı yerli medianın sualına cavabında bildirib.

Azərbaycan tərəfi hər bir xarici siyasət məsələlərində olduğu kimi, müvəqqəti olma və miqrasiya məsələlərində də paritet və qarşılılıq prinsiplərindən çıxış edəcək.

Bununla əlaqədar, yaxın günlərdə Azərbaycan Respublikası ərazisində Rusiya Federasiyası vətəndaşlarının müvəqqəti olma müddəti barədə qaydalara dəyişiklik edilməsi nəzərdə tutulub.

reklamlar

Digər xəbərlər