Kürdəmirdə erkən nikahın qarşısı alınıb

Kürdəmirdə erkən nikahın qarşısı alınıb
Cəmiyət 28 Dekabr 2024 - 15:54

Kürdəmir rayonunun Sığırlı kəndində planlaşdırılan uşaq evliliyinin qarşısı alınıb.

Zekainfo.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sözçüsü Teymur Mərdanoğlu məlumat verib.

O qeyd edib ki, hadisə ilə bağlı müvaffiq araşdırma aparılır.

Komitə rəsmisinin sözlərinə görə, hadisəni işıqlandırmaq üçün kəndə yollanan media nümayəndəsinin çəkiliş qrupuna qarşı zor tətbiq edən, eləcə də televiziyaya məxsus avadanlığı yararsız vəziyyətə salan kənd sakini müəyyən edilərək saxlanılıb:

"Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanıb, araşdırmalar aparılır".

reklamlar

Digər xəbərlər