Şübhəlinin motivləri
bəlli olmasa da, dekabrın 20-də 300-ə yaxın insanın yaralanmasına səbəb olan bu
hücumdan sonra altıncı qurban aldığı xəsarətlər nəticəsində xəstəxanada
dünyasını dəyişib.
Maqdeburq Milad
bazarına avtomobillə hücumdan iki həftə sonra ölənlərin sayı artır.
Naumburq
prokurorluğunun sözçüsü Klaus Tewesin sözlərinə görə, altıncı şəxs, 52 yaşlı
qadın aldığı xəsarətlərdən xəstəxanada ölüb.
299 nəfərin yaralanması
ilə nəticələnən hücumu törədənin motivləri hələ də bəlli deyil.
Səudiyyə
Ərəbistanından olan 50 yaşlı Taleb A. hazırda istintaq təcridxanasındadır. O,
hücumun baş verdiyi axşam həbs edilib.
Alman mediasının
məlumatına görə, o, 2022-2024-cü illər arasında Frankfurter Allgemeine Zeitung
(FAZ) və Deutsche Presse-Agentur (dpa) tərəfindən xəbər verildiyi kimi, keçmiş
vəkilə və ətrafına qarşı təhdidlər də daxil olmaqla, yeddi araşdırmada iştirak
edib.
“Focus”un məlumatına
görə, Naumburq dövlət prokurorluğu ekspert rəyindən istifadə edərək Taleb
A.-nın günahını müəyyən etmək üçün istintaqa başlayıb.
Tərcümə
edəni Səfər Şakiroğlu Zekainfo.az/