Aİ qanunvericiləri Elon Maskın müdaxilə cəhdləri ilə bağlı araşdırma aparmağa çağırır

Aİ qanunvericiləri Elon Maskın müdaxilə cəhdləri ilə bağlı araşdırma aparmağa çağırır
Dünya 09 Yanvar 2025 - 15:14


 

 

Millət vəkilləri milyarderin Almaniya seçkilərinə müdaxilə cəhdlərini və SpaceX üzərindən İtaliya hökuməti ilə əlaqələrini şübhə altına alırlar.

 

Avropa Parlamentinin üzvləri cümə axşamı ifrat sağçı Alternativ Almaniya Partiyasının (AfD) lideri Alice Weidel ilə canlı yayıma ev sahibliyi edərək, İlon Maskın fevral ayında Almaniyada keçiriləcək seçkilərə təsir etmək cəhdlərini araşdırmaq üçün Avropa Komissiyasına təzyiq edir.

 

Avropa İttifaqının Texnoloji Suverenlik, Təhlükəsizlik və Demokratiya üzrə Komissarı Henna Virkkunenə yazdığı məktubda millət vəkili Damian Boeselager (Almaniya/Yaşıllar) bu həftə Elon Maskın platformasının alqoritmik istifadəsinin Rəqəmsal Xidmətlər Qanununun (DSA) şəffaflıq tələblərinə cavab verib-vermədiyini soruşdu.

 

Damian Boeselager yazırdı: "Maskın X koduna bir multiplikatoru sərt şəkildə kodlaşdırdığına dair əlamətlər var. Bu o demək olardı ki, o, alqoritmin neytrallığını öz əlinin xeyrinə pozdu".

 

O, Euronews-a bildirib ki, Komissiya onun suallarını hələ cavablandırmayıb.

Qurumun sözçüsü bu gün keçirilən mətbuat konfransında Komissiyadan siyasi cavabın olmamasının səbəbləri ilə bağlı suala cavab verib ki, "bu, debatı qızışdıracaq. Bu, siyasi seçimdir, debatı alovlandırmamaqdır".

 

Tərcümə edəni Səfər Şakiroğlu Zekainfo.az/

 

reklamlar

Digər xəbərlər