İsrail və HƏMAS arasında atəşkəs razılaşmasının
bazar günü qüvvəyə minməsi ilə əlaqədar İsrail ordusu işğal altındakı İordan çayının
qərb sahilindəki Cenin bölgəsində ölümcül əməliyyata başlayıb.
Fələstinlilər çoxdan gözlənilən atəşkəs razılaşması
əsasında Qəzzada öz evlərinə qayıtdıqları bir vaxtda İsrailin bölgədə böyük hərbi
əməliyyatı başlayıb və İsrailli mühacirlər Fələstinin iki şəhərini işğal ediblər.
Çərşənbə axşamı İsrail ordusu işğal olunmuş İordan
çayının şimalında yerləşən Cenin qaçqın düşərgəsinə hücum edərək 9 nəfəri
öldürüb, 35 nəfəri yaralayıb. Küçələrdə İsrail ciplərinin karvanları sürünür,
ardınca zirehli maşınlar və onlarla buldozer gəlirdi. Hava hücumları səsləndi.
İsrail ordusu yüzlərlə insana düşərgəni tərk etməyi əmr edib.
Zorakılıq İsrailin baş naziri Benyamin Netanyahu
HƏMAS ilə atəşkəs və girov mübadiləsinə razılıq verdikdən sonra ifrat sağçı
müttəfiqlərinin daxili təzyiqi ilə üzləşdiyi vaxta təsadüf edir. İsrail və
HƏMAS arasında atəşkəs razılaşması Qəzza zolağında 15 aydan çox davam edən gərgin
müharibədən sonra bazar günü qüvvəyə minib.
Tərcümə edəni Səfər Şakiroğlu Zekainfo.az