Macarıstanda 240-dan çox məktəbdə bomba hədəsi

   Macarıstanda 240-dan çox məktəbdə bomba hədəsi
Dünya 24 Yanvar 2025 - 16:14


 

 

 

Cümə axşamı səhər bir çox Macarıstan məktəblərində bomba təhdidləri edilib. Polis profilaktik təxliyyə həyata keçirib.

 

Milli Polis Qərargahı (ORFK) bildirib ki, oxşar məzmunlu, ehtimal ki, eyni mənbədən olan təhdid e-poçtları cümə axşamı səhər bir neçə təhsil müəssisəsi tərəfindən qəbul edilib. Ölkədə bir neçə məktəbə bomba təhlükəsi yaranıb və səlahiyyətlilər dərhal tədbir görüb.

 

Açıqlamada ORFK polisi müəssisələrə ünvanlanan məktubda məktəblərin partladılması ilə hədələndiyini bildirib.

 

Məktubun müəllif(lər)i müsəlmanlara qarşı müharibə aparmaqda ittiham olunan hökumətin hərəkətlərini pisləmək üçün öz hərəkətlərinə haqq qazandırır.

 

Polis ictimai təhlükəsizliyə təhdid cinayəti ilə bağlı araşdırma aparılmasına göstəriş verib.

Budapeşt meri Gergely Karacsony də bomba təhdidləri xəbərinə reaksiya verib.

 

O, Facebook səhifəsində yazdığı mesajda Budapeşt Nəqliyyat Mərkəzinin (BKK) zərər çəkmiş məktəblərə avtobuslar göndərdiyini bildirib. Səlahiyyətlilər yerində araşdırma apararkən bu avtobuslar tələbələr və müəllimlər üçün müvəqqəti sığınacaq təmin edəcək. O əlavə edib ki, Böyükşəhər Polisi vəziyyətlə məşğul olmaq üçün Budapeşt Polis Baş İdarəsi ilə sıx əməkdaşlıq edir.

 

 

Tərcümə edəni Səfər Şakiroğlu Zekainfo.az

 

 

reklamlar

Digər xəbərlər