İspaniya hökuməti mənzil böhranı ilə mübarizə
aparmaq üçün qısamüddətli kirayələrə dair yeni qaydalar tətbiq edib. Evini icarəyə
vermək istəyən hər bir sahib indi öz əmlakını siyahıya almadan əvvəl məlumat
bazasında qeydiyyatdan keçməli və icazə almalıdır.
Qısa müddətli kirayə sifariş platforması Airbnb
İspaniyanın əmlak icarəsi ilə bağlı məhdudiyyətlərinə cavab verib və onların gəlir
və məşğulluğa ciddi təsir göstərəcəyini vurğulayıb.
Oxford Economics-in 2024-cü ilin sonlarında
apardığı araşdırmaya istinadən Airbnb tənzimləmə nəticəsində risk altında olan
400.000 iş yeri, həmçinin 30 milyard avro gəliri barədə xəbərdarlıq edir.
Hostinq provayderlərindən həmçinin müştərilərindən
bank məlumatları və şəxsi identifikatorlar daxil olmaqla həssas şəxsi məlumatları
toplamaq tələb olunur. İspaniya həmçinin otellərin ödədiyi 10%-ə uyğun olaraq
qısamüddətli kirayələrdə ƏDV-nin artırılmasını təklif edib.
Yanvar ayında qüvvəyə minsə də, tənzimləmə iyulun
1-dən tam tətbiq edilməyəcək. Bu tarixdən sonra sahibləri qaydalara əməl etməsələr,
600.000 avroya qədər cərimə gözləyirlər.
Tərcümə edəni Səfər Şakiroğlu Zekainfo.az