Rusiyada ayı 2 nəfəri parçaladı

Rusiyada ayı 2 nəfəri parçaladı
Dünya 21 Sentyabr 2026 - 10:00

Rusiyanın Tomsk vilayətinin Kolpaşevo rayonunda ayının hücumu nəticəsində iki nəfər ölüb.

Zekainfo.az Rusiya mediasına istinadən xəbər verir ki, 44 yaşlı ferma işçisi sentyabrın 18-də itkin düşən inəyi axtarmaq üçün Sever kəndi yaxınlığındakı meşəyə gedib və geri qayıtmayıb.

Ertəsi gün onu axtarmağa yollanan 46 yaşlı kənd sakinindən də xəbər almaq mümkün olmayıb. Sentyabrın 20-də hər iki şəxsin meyiti meşəlik ərazidə aşkarlanıb.

İnsanlara hücum etdiyi bildirilən ayı zərərsizləşdirilib. Faktla bağlı araşdırma aparılır.

reklamlar

Digər xəbərlər