
Dağıdılmış ərazilərdə
yaşayan və ya işləyən miqrantlar üçün müstəsna tədbir çərşənbə axşamı Pedro
Sançesin sosialist hökuməti tərəfindən qəbul edilib.
İspaniyanın
solçu hökuməti ötən ilin oktyabrında ölümcül daşqınlardan zərər çəkmiş 25 minə
yaxın əcnəbiyə bir illik yaşamaq və işləmək icazəsi verəcək.
Çərşənbə
axşamı Nazirlər Şurası tərəfindən təsdiqlənən bu fövqəladə tədbir, əsasən
Valensiya İcmasında, onlarla təsirlənmiş ərazidə qeyri-qanuni vəziyyətdə
yaşayan insanlar üçün prosedurları asanlaşdırmaq məqsədi daşıyır.
O, oktyabrın
29-da 227 nəfərin ölümünə səbəb olan və saysız-hesabsız ev və biznesi dağıdan fəlakətdən
sonra yenidənqurma planının bir hissəsidir. El País qəzetinin verdiyi xəbərə
görə, İnklüzivlik, Sosial Müdafiə və Miqrasiya Nazirliyi tərəfindən təsdiqlənib.
Miqrantlar və
işəgötürənlər üçün yardım. Nazirliyin məlumatına görə, leysan yağışların
yaratdığı xaos bir çox immiqrantın İspaniyada qanuni yaşamaq, təhsil almaq və
işləmək tələblərini yerinə yetirməsinə mane olub. Eynilə, bir çox işəgötürən
xarici işçiləri işə götürmək üçün tələb olunan inzibati rəsmiləşdirmələri yerinə
yetirə bilməyib.
Müstəsna
hallarda verilən yeni icazələr, səlahiyyətli orqanlara görə, ictimai asayiş, təhlükəsizlik
və ya sağlamlıq üçün risklər olduqda imtina edilə bilər. Bundan əlavə,
daşqınlarda ailə üzvlərini itirmiş əcnəbilərə 5 illik yaşayış icazəsi veriləcək.
Tərcümə edəni Səfər Səfərov /Zekainfo.az