“Məktəbdə müəllimlər çatışmır, dərslər boş keçir” - Açıqlama

“Məktəbdə müəllimlər çatışmır, dərslər boş keçir” - Açıqlama
Təhsil 29 Sentyabr 2026 - 17:30

“Xəzər rayonu, Binə qəsəbəsində 136 nömrəli məktəbdə fənn müəllimləri çatışmır. Bu səbəbdən şagirdlər başlı-başına qalır, dərslər boş keçir”.

Bu şikayətlə “Qafqazinfo”ya övladı həmin məktəbdə təhsil alan valideynlər müraciət ediblər.

Onların iddiasına görə, artıq sentyabr ayı yekunlaşmaq üzrə olsa da, hələ də məktəbdə əsas fənn - rus dili, ingilis dili, təbiət müəllimləri yoxdur: “Ucqar rayon məktəbləri müəllimlə təmin olunur, Bakı şəhərində bizə müəllim tapılmır. Gələn aydan şagirdlər KSQ yazmağa başlayacaqlar. Heç nə keçmədən bunu necə yazacaqları sual doğurur”.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, problemin aradan qaldırılması üçün tədbirlər görülür: “136 nömrəli tam orta ümumtəhsil məktəbdə tədris prosesində fasiləsizliyin təmin edilməsi, müvəqqəti kadr çatışmazlığı səbəbindən dərs prosesinin pozulmaması və məsələnin ən qısa müddətdə həllini tapması istiqamətində zəruri tədbirlər görülür.

Fənlər üzrə kiçik summativ qiymətləndirmə bütün mövzular tam tədris edildikdən sonra aparılacaq”.

reklamlar

Digər xəbərlər