
Səhiyyə rəsmilərinin
dediyinə görə, 2023-cü ildə sifilis və süzənək halları sürətlə artıb, gənclər
arasında nəzərəçarpacaq artım var.
Yeni hesabata
görə, Avropa cinsi yolla ötürülən infeksiyaların (CYBE) yuvasına çevrilir.
Avropa Xəstəliklərin
Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) son illik hesabatına görə,
2023-cü ildə sifilis və süzənək hallarının sayı artıb, xlamidiya isə ən çox
yayılmış CYBH olaraq qalır və antibiotiklərə davamlı gonoreya yeni təhlükədir.
2023-cü ildə
Avropa İttifaqı, İslandiya, Lixtenşteyn və Norveçdə təxminən 100 000 qonoreya
hadisəsi qeydə alınıb.
Hesabatda
deyilir ki, bu, illik müqayisədə 31%, 2014-cü ildən isə 300%-dən çox artım deməkdir.
Sifilis
halları da artıb. 2023-cü ildə 40,000-dən çox hadisə qeydə alınıb ki, bu da
2022-ci ilə nisbətən 13% və 2014-cü ildə bildirilən halların sayını iki dəfə
artırıb.
Müalicə edilməzsə,
gonoreya sonsuzluq və çanaq orqanlarının iltihabi xəstəlikləri də daxil olmaqla
ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Müalicə olunmayan sifilis,
ECDC-yə görə, uzun müddətli ürək və sinir ağırlaşmalarına səbəb ola bilər və
hamilə qadından körpəsinə keçə bilər.
Xlamidiya
hallarının sayındakı artımın sabitləşdiyi görünsə də, 2023-cü ildə 230,000-dən
çox hadisə ilə, 2014-cü illə müqayisədə 13% artım olmaqla, Avropada ən çox
yayılmış bakterial CYBE olaraq qalır.
Tərcümə edəni Səfər Səfərov /Zekainfo.az