Səudiyyə Ərəbistanına 48 ədəd F-35 satacaqlar

Səudiyyə Ərəbistanına 48 ədəd F-35 satacaqlar
Dünya 18 Sentyabr 2026 - 09:43

ABŞ administrasiyası Səudiyyə Ərəbistanına ümumi dəyəri 24,3 milyard dollar olan 48 ədəd F-35 qırıcı təyyarəsinin və digər hərbi avadanlıqların satışını təsdiqləyib.

Zekainfo.az xəbər verir ki, ABŞ Dövlət Departamenti silah satışı ilə bağlı Konqresə rəsmi bildiriş göndərib.

Qeyd edilib ki, Səudiyyə Ərəbistanı 48 F-35 qırıcısı ilə yanaşı, 49 ədəd “Pratt & Whitney F135-PW-100” mühərriki və əlaqəli avadanlıqlar əldə edəcək.

Məlumatda F-35-lərin satışının Yaxın Şərqdə hərbi güc balansını dəyişdirməyəcəyi bildirilib.

Müqavilənin əsas podratçıları “Lockheed Martin” və “Pratt & Whitney” olacaq.

ABŞ Silah İxracına Nəzarət Qanununa əsasən, Konqresin NATO üzvü olmayan ölkələrə silah satışına etiraz etmək üçün 30 gün, NATO üzvü ölkələrə satışlar üzrə isə 15 gün müddəti var.

reklamlar

Digər xəbərlər