
İlkin məqsədi kürd dövləti yaratmaq olan Türkiyə ilə PKK arasında
münaqişə 1984-cü ildə başlayandan bəri on minlərlə insanın ölümünə səbəb olub.
Türkiyədə 40 ildir silahlı mübarizə aparan Kürdüstan Fəhlə
Partiyasının (PKK) silahlıları həbsdə olan liderlərinin qruplaşmanı tərksilah
çağırışından iki gün sonra atəşkəs elan ediblər.
PKK-nın bəyanatını qruplaşmaya yaxın olan Fırat xəbər agentliyi
yayıb.
Qrup 1999-cu ildən Türkiyə tərəfindən həbsdə olan Abdullah Öcalana
toxunaraq, "Lider Apo-nun sülh və demokratik cəmiyyət çağırışının həyata
keçirilməsinə zəmin yaratmaq üçün bu gün təsirli atəşkəs elan edirik. Hücum
edilmədikcə heç bir gücümüz silahlı hərəkətə keçməyəcək" dedi.
PKK-nın açıqlaması, Bəşər Əsədin devrilməsindən sonra qonşu Suriyada
hakimiyyətin yenidən konfiqurasiyası, Livanda Hizbullahın zəifləməsi və Qəzzada
İsraillə HƏMAS arasında müharibə də daxil olmaqla, regionda əsaslı
dəyişikliklər fonunda verilib.
Türkiyə ilə PKK arasında 1984-cü ildən başlayan münaqişə on minlərlə
insanın ölümünə səbəb olub.
Tərcümə edəni İnci Yusifqızı /Zekainfo.az