Azərbaycanda general 10 il sonra - Azadlığa çıxdı 

Azərbaycanda general 10 il sonra - Azadlığa çıxdı 
Gündəm 25 İyun 2026 - 11:01

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi işləmiş general Elçin Quliyev uzunmüddətli həbsdən sonra azadlığa çıxıb.

Zekainfo.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, general 10 il 6 aylıq həbs müddətini günə-gün başa vurub.

O, cəzasını sona qədər 9 saylı cəzaçəkmə müəssisəsində, ciddi rejim şəraitində çəkib.

Qeyd edək ki, E.Quliyev 2015-ci ildə həbs edilib. O, rüşvət alma, hədə-qorxu ilə tələb etmə, quldurluq, qanunsuz azadlıqdan məhrumetmə və başqa ağır cinayətlərdə təqsirli bilinib.

reklamlar

Digər xəbərlər