Makao Çinə qoşulduqdan 25 il sonra Portuqaliya mirasını necə qoruyur

Makao Çinə qoşulduqdan 25 il sonra Portuqaliya mirasını necə qoruyur
Dünya 19 Mart 2025 - 12:22


 

 

Çoxəsrlik kilsələr və qastronomiya hələ də 1999-cu ildə Çinin "xüsusi inzibati bölgəsi" halına gələn Makaoda Portuqaliya irsini əks etdirir.

 

Makao dedikdə, çoxumuzun ağlımıza kazinolar gəlir. 2024-cü ildə bu Çin "xüsusi inzibati bölgəsi" demək olar ki, yalnız materik Çində bahisçilərin bəyəndiyi kart oyunundan - Baccarat-dan təxminən 25 milyard avro oyun gəliri əldə etdi.

 

Lakin Asiyanın kazino paytaxtı olmamışdan çox əvvəl Makao Portuqaliya İmperiyasının mühüm forpostu idi.

 

Makaonun sərvəti əsrlər boyu dəyişib. 1990-cı illərdə o, doktor Stenli Ho - "qumarın xaç atası" və onun kazino inhisarının hakim olduğu vitse-şəhərə çevrildi.

 

 

Tərcümə edəni İnci Yusifqızı /Zekainfo.az  

reklamlar

Digər xəbərlər