Balıq tutmağa getmişdi, boğulub öldü

Balıq tutmağa getmişdi, boğulub öldü
Hadisə 09 Oktyabr 2026 - 23:24

Ağcabədidə boğulma hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Ağcabədi rayon Taxta Körpü ərazisində olan Axmaz adlanan gölməçədə olub.

Belə ki, Laçın Rayon Fingə kənd sakini 1974-cü il təvəllüdlü Əliyev Rafiq Muğan oğlu balıq tutmağa gedərkən orada boğularaq ölüb.

Gölməçə yaxınlığından keçən sakinlər R.Əliyevin meytini sudan çıxararaq aidiyyəti üzrə təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

reklamlar

Digər xəbərlər