
Aİ, ölkənin sahilyanı bölgələrində məzhəblərarası zorakılığın
başlanmasından bir neçə gün sonra Suriyanın kövrək keçidi üçün əlavə dəstək
almağa ümid edir.
Suriyanın xarici işlər naziri Əsəd əş-Şibani bazar ertəsi Brüsseldə
Aİ-nin Suriya üzrə illik konfransında iştirak edəcək.
Suriyanın siyasi keçidi, iqtisadi dirçəliş və 14 illik vətəndaş
müharibəsindən sonra yenidən qurulması məsələlərinin müzakirə olunacağı
danışıqlarda Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa
İttifaqının xarici siyasət üzrə rəhbəri Kaja Kallasın iştirakı gözlənilir.
Birlik "tarixinin bir səhifəsini çevirdiyi üçün" ölkəni
dəstəkləmək üçün əlavə fondlar açmağa ümid edir, yüksək rütbəli Aİ rəsmisi,
Avropa İnvestisiya Bankının (AİB) Suriyanın yenidən qurulmasında potensial
rolunun nəzərdən keçirildiyini əlavə etdi.
Tərcümə edəni İnci Yusifqızı /Zekainfo.az