
Misir, Birləşmiş Ştatlar və Qətərlə birlikdə İsrail
və HƏMAS arasında yanvarın 19-da qüvvəyə minən və çərşənbə axşamı, martın 18-də
İsrail tərəfindən pozulan əvvəlki atəşkəsin əsas müzakirəçiləri olub.
Fransa prezidenti Emmanuel Makron Misirli həmkarı
Əbdülfəttah əs-Sisi ilə Qahirədə görüşündə Qəzzada yeni atəşkəs və Həmas tərəfindən
saxlanılan girovların azad edilməsinə çağırıb.
Emmanuel Makron atəşkəsin dağılmasından sonra
İsrailin anklava hücumlarını bərpa etməsini "mülki əhali üçün dramatik
geriləmə" kimi qiymətləndirib.
"Danışıqlar təxirə salınmadan və konstruktiv şəkildə
davam etdirilməlidir və bu baxımdan mən Misirin atəşkəs və girovların azad
edilməsi istiqamətində yorulmaz səylərini təqdir etmək istəyirəm", -
Fransa prezidenti bildirib.
Tərcümə edəni Səfər Şakiroğlu /Zekainfo.az