
Cəmiyyət
14:39, Bugün
Cinsi istismar insan alverinin üstünlük təşkil edən
forması olaraq qalmasına baxmayaraq, Avropa İttifaqında məcburi əmək və ya xidmətlər
halları da artmaqdadır.
Eurostat-ın son rəqəmlərinə görə, 2023-cü ildə Aİ-də
təxminən 10 793 insan alveri qurbanı qeydə alınıb ki, bu da 2022-ci illə
müqayisədə 6,9% artım və 2008-ci ildən bəri ən yüksək göstəricidir.
2023-cü ildə Aİ-də hər milyon sakinə 24 insan
alveri qurbanı qeydə alınıb, 2022-ci ildə hər milyon əhaliyə 23 qurban.
Aİ-də ən yüksək göstəricilər Lüksemburq,
Yunanıstan, Hollandiya, Avstriya və İsveçdə, ən aşağı göstəricilər isə
Xorvatiya, Litva və Çexiyada qeydə alınıb.
Tərcümə edəni Səfər Şakiroğlu /Zekainfo.az