
Yunanıstanın baş naziri çərşənbə axşamı günü ölkə
2024-cü ildə büdcə profisiti verən azsaylı Avropa İttifaqı üzvlərindən biri
olduqdan sonra aztəminatlı ailələr üçün milyard avroluq maliyyə yardımı paketi
və dövlət investisiya proqramı elan edib.
Eurostat-ın dərc etdiyi rəqəmlərə görə, 27 Aİ üzvü
olan ölkədən yalnız altısının 2024-cü ilə qədər profisiti olacağı gözlənilir.
Ümumi daxili məhsulun 1,3%-ni təşkil edən Yunanıstanın profisiti, Aİ-nin
3,2%-lik ümumi kəsiri ilə müqayisədə, on il əvvəl Aİ və beynəlxalq maliyyə
bazarlarını sarsıdan borc böhranında dərindən batmış ölkənin maliyyə göstəricilərində
nəzərəçarpacaq yaxşılaşmadır.
Baş nazir Kiriakos Mitsotakis televiziya ilə xalqa
müraciətində deyib ki, rəqəmlər "milli iqtisadiyyatın əhəmiyyətli dərəcədə
üstün olduğunu və dövlət xəzinəsində artıqlığın olduğunu göstərir. Bu o deməkdir
ki, hamının köməyi ilə biz gözlədiyimizdən çox yaxşı işlər görmüşük".
Tərcümə edəni Səfər Şakiroğlu /Zekainfo.az